Tibbi xəbərlər
Bədən quruluşunu poza biləcək
Tibbi xəbərlər
131

Bədən quruluşunu poza biləcək 5 gizli xəstəlik açıqlanıb

Endokrinoloqlar bildirirlər ki, artıq çəki hər zaman yalnız çox yemək və ya az hərəkətlə bağlı olmur. Bəzi hallarda sağlam qidalanma və idmana baxmayaraq çəki artımının arxasında gizli xəstəliklər dayana bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, belə hallardan biri hipotiroidizmdir. Tiroid hormonlarının azalması maddələr mübadiləsini zəiflədir və nəticədə çəki artımı yarana bilər.

Digər səbəblərdən biri Kuşinq sindromudur. Bu zaman bədəndə yağın paylanması dəyişir, xüsusilə qarın və üz nahiyəsində piylənmə artır.

Həkimlər həmçinin cinsi hormonların azalmasının da bədən quruluşuna təsir etdiyini bildirirlər. Menopoz dövründə qadınlarda estrogenin, yaş artdıqca kişilərdə isə testosteronun azalması çəki artımına səbəb ola bilər.

Bəzi dərman preparatları da piylənməyə təsir göstərə bilər. Xüsusilə antidepresanlar, hormonal preparatlar və bəzi təzyiq dərmanları buna səbəb ola bilir.

Mütəxəssislər yuxu pozğunluqlarını da vacib risk faktorlarından biri hesab edirlər. Keyfiyyətsiz yuxu iştaha hormonlarının balansını pozaraq artıq çəkiyə yol aça bilər.

Həkimlər izaholunmayan çəki artımı zamanı hormonal müayinələrin aparılmasını, düzgün yuxu rejiminin qorunmasını və həyat tərzinə diqqət edilməsini tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun