Beynəlxalq tədqiqatçılar qrupunun apardığı araşdırmaya görə, şəhadət və adsız barmaqların uzunluq nisbəti insanın dözümlülük səviyyəsi ilə əlaqəli ola bilər.
E-saglam.az xəbər verir ki, alimlər 12 ölkədən 5000 nəfərin məlumatlarını təhlil edərək maraqlı nəticəyə gəliblər. Məlum olub ki, adsız barmağı şəhadət barmağından daha uzun olan şəxslər uzunmüddətli fiziki yüklənmələrə daha davamlı olur.
Araşdırmada qeyd edilir ki, bu xüsusiyyətə malik insanlar qaçış, velosiped sürmə və xizək kimi dözümlülük tələb edən idman növlərində daha uğurlu nəticələr göstərə bilirlər.
Mütəxəssislər bu əlaqəni döl dövründə testosteron hormonunun təsiri ilə izah edirlər. Bildirilir ki, həmin hormon ürək-damar sistemi və əzələ toxumasının inkişafına təsir göstərir.
Bethany Gower isə vurğulayıb ki, bətndə testosteron səviyyəsinin yüksək olması gələcəkdə insanın fiziki dözümlülüyünə və məşqlərə uyğunlaşmasına təsir edə bilər.
Tərcümə: Könül Oruc