Tibbi xəbərlər
Bağırsaq qazlarının pis qoxusunun
Tibbi xəbərlər
132

Bağırsaq qazlarının pis qoxusunun səbəbi açıqlandı

Diyetoloq Adrien Benjamin bildirib ki, bəzi qidalar bağırsaq qazlarının xoşagəlməz qoxuya malik olmasına səbəb ola bilər. Onun sözlərinə görə, bu qoxu əsasən bağırsaq bakteriyalarının həzm olunmamış qidaları fermentləşdirməsi nəticəsində yaranır.

E-saglam.az xəbər verir ki, mütəxəssis qeyd edir ki, yumurta, sarımsaq, soğan, brokoli, qırmızı ət, pendir, qatıq, dondurma, lobya və liflə zəngin çiy tərəvəzlər bu problemi daha da artırır. Bu qidalar bağırsaqda parçalanarkən kəskin qoxulu qazların əmələ gəlməsinə səbəb ola bilər.

Bundan əlavə, yüksək dərəcədə emal olunmuş məhsullarda istifadə edilən bəzi şirinləşdiricilər də risk yaradır. Xüsusilə sorbitol, ksilitol və maltitol kimi şəkər spirtləri nazik bağırsaqda tam sorulmur, yoğun bağırsağa keçərək bakteriyalar tərəfindən fermentləşir və nəticədə pis qoxulu qazlar yaranır.

Həkim vurğulayır ki, davamlı və kəskin qoxulu qazlar bəzən laktoza dözümsüzlüyü, çölyak xəstəliyi, qıcıqlanmış bağırsaq sindromu və ya daha ciddi problemlərin əlaməti ola bilər.

Bu səbəbdən, belə hallar tez-tez təkrarlanarsa, səbəbi dəqiqləşdirmək üçün həkimə müraciət etmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun