Tibbi xəbərlər
Artıq çəki riyazi düşüncəyə təsir edirmi?
Tibbi xəbərlər
117

Artıq çəki riyazi düşüncəyə təsir edirmi? Mütəxəssis açıqladı

Artıq çəki ilə riyazi qavrayış arasında əlaqə ola bilər.

E-saglam.az xəbər verir ki, pediatr Yekaterina Morozovanın sözlərinə görə, bu təsir təsadüfi deyil və orqanizmdə baş verən konkret proseslərlə bağlıdır.

Mütəxəssis bildirir ki, artıq çəki zamanı yaranan metabolik iltihab beyin fəaliyyətinə mənfi təsir göstərə bilər. Yağ toxuması bəzi maddələr ifraz edir ki, onlar beyində aşağı səviyyəli iltihab yaradır və yaddaşla informasiya emalını zəiflədir.

Digər vacib amil insulin müqavimətidir. Sadə karbohidratların çox qəbulu nəticəsində beyin hüceyrələri insulinə həssaslığını itirir. Bu da idrak qabiliyyətlərini, xüsusilə məntiqi və riyazi düşüncəni zəiflədə bilər.

Bundan əlavə, artıq çəki çox vaxt yuxu problemləri ilə müşayiət olunur. Xüsusilə yuxu apnesi beynin oksigenlə təminatını azaldır və yuxu keyfiyyətini pozur ki, bu da öyrənmə qabiliyyətinə mənfi təsir edir.

Mütəxəssis qeyd edir ki, sağlam qidalanma, normal çəki və keyfiyyətli yuxu beyin funksiyalarının qorunmasında mühüm rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun