Tibbi xəbərlər
Alimlər iştahanı azaldan və arıqlamağa kömək edən
Tibbi xəbərlər
9

Alimlər iştahanı azaldan və arıqlamağa kömək edən bir molekul kəşf ediblər

Stanford University və University of Colorado alimləri pitonlar üzərində apardıqları araşdırma zamanı iştahanı azaldan yeni molekul aşkar ediblər.

E-saglam.az xəbər verir ki, tədqiqatın nəticələri Nature Metabolism jurnalında dərc olunub.

Araşdırmada məlum olub ki, pitonlar böyük ölçüdə qida qəbul etdikdən sonra orqanizmdə ciddi dəyişikliklər baş verir. Bu proses zamanı qanda müəyyən bir molekulun səviyyəsi kəskin şəkildə artır. Alimlər bu maddəni pTOS adlandırıblar.

Tədqiqatçılar daha sonra pTOS molekulunu artıq çəkili siçanlar üzərində sınaqdan keçiriblər. Nəticədə heyvanların qida qəbulu azalıb və 28 gün ərzində bədən çəkilərinin təxminən 9 faizini itirdikləri müşahidə olunub.

Tədqiqatın müəlliflərindən Jonathan Long bildirib ki, bu molekul bağırsaq bakteriyaları tərəfindən zülalların emalı zamanı yaranır və daha sonra beyində iştahaya cavabdeh olan mərkəzlərə təsir edir.

Qeyd olunur ki, pTOS məşhur arıqlama dərmanlarından fərqli mexanizmlə işləyir. O, mədə boşalmasını ləngitmək əvəzinə birbaşa beyinə təsir göstərir. Bu isə gələcəkdə daha az yan təsirə malik yeni müalicə üsullarının inkişafına imkan yarada bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun