Tibbi xəbərlər
Alimlər beynin qocalmasına səbəb olan
Tibbi xəbərlər
151

Alimlər beynin qocalmasına səbəb olan "molekulyar səhv" aşkar ediblər

Beynin yaşlandıqca zəifləməsi, yaddaşın pisləşməsi və Alzheimer kimi xəstəliklərin riskinin artmasının səbəblərindən biri müəyyən edilib.

E-saglam.az xəbər verir ki, Stenford Universitetinin alimlərinin apardığı tədqiqat bu prosesin hüceyrə səviyyəsində baş verən dəyişikliklərlə bağlı olduğunu göstərib.

Araşdırmaya görə, hüceyrələrdə zülal istehsalına cavabdeh olan proteostaz sistemi yaş artdıqca pozulur. Nəticədə köhnə və zədələnmiş zülallar parçalanmır, əksinə toplanaraq beyin hüceyrələrinin fəaliyyətinə mane olur.

Alimlər bu prosesi öyrənmək üçün qısaömürlü killifish balığından istifadə ediblər. Müşahidələr göstərib ki, yaşlı orqanizmlərdə zülal istehsalı prosesi yavaşlayır və sistemdə “tıxac” yaranır. Bu isə qüsurlu zülalların yığılmasına səbəb olur.

Tədqiqatçılar bildirir ki, əsas problem ribosomların, yəni zülal istehsal edən hüceyrə strukturlarının fəaliyyətinin zəifləməsidir. Onların mRNT boyunca hərəkəti ləngiyir və nəticədə hüceyrədə balans pozulur.

Alimlər hesab edir ki, bu mexanizmi bərpa etmək mümkün olsa, beynin qocalmasını yavaşlatmaq və neyrodegenerativ xəstəliklərin qarşısını almaq istiqamətində mühüm irəliləyiş əldə edilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun