
Ağız qoxusu sosial həyatınızı və özünüzə inamınızı sarsıdan ciddi problemdir. Ancaq narahat olmağa dəyməz – gündəlik həyatınıza asanlıqla daxil edə biləcəyiniz 3 sadə, elmi əsaslı üsulla bu problemdən xilas ola bilərsiniz.

E-saglam.az xəbər verir ki, təravətli nəfəs üçün ehtiyacınız olan əsaslar sadədir: təmizlik, su və təbiətin gücü.
1. Dilin təmizliyi – Bakteriyalara keçid yoxdur
Çoxları dişlərini fırçalamağın kifayət olduğunu düşünür, halbuki ağız qoxusunun əsas mənbəyi dilin arxa hissəsində toplanan bakteriyalardır. Bu mikroorqanizmlər pis qoxulu kükürd birləşmələri ifraz edir və ağızda xoşagəlməz qoxu yaradır.
Nə etməli?
Hər diş fırçalamadan sonra dilinizi də təmizləyin. Bunun üçün səthi dil kazıyıcısı və ya diş fırçasının arxa hissəsini istifadə edə bilərsiniz. Xüsusilə dilin arxa hissəsinə diqqət yetirmək vacibdir.
2. Su – Ağızın təbii müdafiəçisi
Quru ağız tüpürcək ifrazını azaldır, bu da bakteriyaların çoxalmasına səbəb olur. Halbuki tüpürcək ağız boşluğunun təbii təmizləyicisidir.
Nə etməli?
Gündə azı 8 stəkan su içməyə çalışın. Səhər yuxudan durduqda və hər yeməkdən sonra bir stəkan su içmək, ağızı təbii şəkildə yuyur və təravət bəxş edir.
3. Cəfəri və nanə – Təbii təravət mənbəyi
Cəfəri və nanə təkcə nəfəsinizi təzələmək üçün deyil, eyni zamanda ağız sağlamlığı üçün də faydalıdır. Bu bitkilər ağızdakı qoxunu neytrallaşdıran xlorofil və efir yağları ilə zəngindir.
Nə etməli?
Yeməkdən sonra bir neçə budaq təzə cəfəri və ya nanə çeynəyin. Həzmə dəstək verərək mədə mənşəli qoxuların qarşısını almağa kömək edərlər.
Tərcümə: Könül Oruc