Tibbi xəbərlər
Adi baş ağrısı ilə beyin şişi arasındakı
Tibbi xəbərlər
59

Adi baş ağrısı ilə beyin şişi arasındakı fərqlər müəyyən edilib

Daily Mirror qəzetinin məlumatına görə, beyin şişi ilə mübarizə aparan xeyriyyə təşkilatının mütəxəssisləri adi baş ağrısını təhlükəli vəziyyətdən ayırmağın yollarını izah ediblər.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, şişlə əlaqəli baş ağrılarının əsas fərqi onların ağrıkəsicilərlə keçməməsidir. Bu cür ağrılar xüsusilə səhərlər daha güclü olur və əyilmə və ya fiziki gərginlik zamanı artır.

Qeyd olunur ki, başgicəllənmə, ürəkbulanma və səbəbsiz qusma da kəllədaxili təzyiqin artmasına işarə edə bilər və bu hallar diqqətdən kənarda qalmamalıdır.

Mütəxəssislər əlavə ediblər ki, bəzi hallarda baş ağrıları bədənin bir tərəfində zəiflik, uyuşma və ya karıncalanma ilə müşayiət oluna bilər. Bu, beyin fəaliyyətinə təsirin göstəricisi ola bilər.

Həmçinin tarazlıq və koordinasiya pozğunluğu, nitqdə çətinlik və görmə problemləri də ciddi siqnal hesab olunur. Görmədə qaralma, ikiqat görmə və ya görmə itkisi baş verdikdə dərhal həkimə müraciət etmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun