SSM
Tibbi mütəxəssis YENİ

Stomatoloq-terapevt

SWİSSDENT

Bakı Tam ştat (full time) 1000–1500 AZN Son müraciət: 9 aprel 2026

Vakansiya haqqında

“SWISSDENT” Stomatologiya Mərkəzi stomatoloq-terapevt vəzifəsi üzrə vakansiya elan edir. Namizəd pasiyentlərin ağız boşluğunun müayinəsini aparmalı, diaqnoz qoymalı və müvafiq müalicə planını tərtib etməlidir. Qeyd: Həkim kimi fəaliyyət göstərməsi üçün müvafiq sənədləri qaydasında olmayan namizədlərdən müraciət etməmələri xahiş olunur.

Vəzifə öhdəlikləri

  • Pasiyentlərin ağız boşluğunun müayinəsini aparmaq və diaqnoz qoymaq.
  • Müalicə planını hazırlamaq və həyata keçirmək.
  • Müayinə və müalicə nəticələrini müvafiq ERP sisteminə daxil etmək.
  • Pasiyentlərlə peşəkar və etik ünsiyyət qurmaq.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil və sertifikasiya.
  • Həkim kimi minimum 2 il iş təcrübəsi.
  • MS Office proqramlarında işləmə bacarığı.
  • Peşəkar etika və ünsiyyət psixologiyası biliyi.
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
  • Təqdimat və özünü ifadə etmə bacarığı.
  • Xəstə yönümlülük, məsuliyyətlilik və punktuallıq.

Nə təklif edirik?

Müalicə üçün lazımi material və avadanlıqlar.
Koordinator və tibb bacısı dəstəyi.
Davamlı artan pasiyent bazası.
Rəqabətə davamlı sabit maaş və əlavə faiz sistemi.
Rəsmi iş yeri.
Multidisiplinar korporativ mühit və peşəkar kollektiv.

Müraciət et

Bu vakansiyaya müraciət etmək üçün aşağıdakı e-poçt ünvanına CV-nizi göndərin:

E-poçt ünvanı

vakansiya@e-saglam.az

Mövzuda vakansiya adını qeyd etməyiniz tövsiyə olunur.

Digər vakansiyalar