Vakansiya haqqında
İş qrafiki: 09:00 dan-18:00 dək (5 günlük)
Ünvan: Siyəzən rayonu ərazisi
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində “Laboratoriya işçisi” qeyd edərək CV formasını cv@siyazantoyuq.az elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-500-54-12 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Vəzifə öhdəlikləri
-
İstehsalatın başlanma vaxtı, istehsal olunan yem növü və partiyaların sayı barədə əvvəlcədən məlumatlı olmalı;
-
Analizlər zamanı uyğunsuzluqlar aşkar edildikdə laboratoriya müdirinə və yem sexi müdirinə dərhal məlumat verərək istehsalatın dayandırılmasını təmin etmək;
-
Uyğunsuzluğun səbəblərini operator və texniki heyətdən öyrənmək, aradan qaldırılmasında iştirak etmək;
-
Laboratoriya avadanlıqlarının saz vəziyyətdə olmasını, təmizliyini və düzgün istifadəsini təmin etmək;
-
Xammal analizlərini həftənin 1-5-ci günləri həyata keçirmək;
-
Hər gün xammal və yem nümunələri kimyəvi analiz üçün ayırmaq;
-
Laboratoriya müdiri və keyfiyyət menecerinin tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmək.
Tələblər
-
Yaş: 25-45;
-
Təcrübə: Bu sahədə minimum 1 il iş təcrübəsi;
-
Kompüter bilikləri: MS Office (Excel, Word) proqramlarını yaxşı bilməli;
-
Nizam-intizamlı, işində dəqiq və məsuliyyətli.
Nə təklif edirik?
Əmək haqqı: 700 AZN (gross)
Nahar və servis şirkət tərəfindən təmin olunur
Qalmaq istəyən şəxslər yataqxana ilə təmin ediləcəkdir.