Tibbi xəbərlər
Yeni proqram beyin xəritələndirilməsini
Tibbi xəbərlər
297

Yeni proqram beyin xəritələndirilməsini sürətləndirir

UC Santa Cruz tədqiqatçıları nevroloji xəritələndirmə prosesini sürətləndirmək üçün süni intellektə əsaslanan yeni bir proqram – Bell Jar - hazırlayıblar. Bu proqram siçan beyninin histoloji analizini avtomatlaşdıraraq neyroanatomiya tədqiqatlarında dəqiqliyi və səmərəliliyi artırır.

E-saglam.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, tələbə Alec Soronov tərəfindən professor Euiseok Kimin laboratoriyasında hazırlanan Bell Jar beyin toxumasının nazik dilimlərinin istinad atlası ilə uyğunlaşdırılmasını avtomatlaşdırır. Əvvəlki üsullardan fərqli olaraq bu proqram maşın öyrənməsindən istifadə edərək neyronları daha dəqiq müəyyənləşdirir və tədqiqatçılar üçün subyektivliyi azaldır. Ənənəvi olaraq, beyin nümunələrinin analiz prosesi həftələrlə vaxt aparırdı. Lakin Bell Jar ilə bu müddət əhəmiyyətli dərəcədə qısalır. A.Soronovun sözlərinə görə, proqram bir siçan beyni üçün üç həftəlik əl ilə analiz və hesablama vaxtına qənaət edir.

Proqram istifadəçi dostu olmaqla yanaşı, açıq mənbəli kod şəklində GitHubda paylaşılıb. Bu, dünya üzrə tədqiqatçılara proqramı inkişaf etdirmək və öz layihələrinə uyğunlaşdırmaq imkanı yaradır. A.Soronov 2022-ci ildə Baskin Mühəndislik Məktəbindən Dekan Mükafatını qazandıqdan sonra “PlusTen Intelligence” adlı şirkətini qurub. O, neyron əsaslı süni intellekt sistemlərinin sənaye tətbiqlərinə inteqrasiyası üzərində işləyir.

Professor Kim-in sözlərinə görə, Bell Jar laboratoriyanın daha geniş məqsədlərinə uyğun gəlir və beyin əlaqələrinin daha yaxşı başa düşülməsinə kömək edir: “Bu alət tədqiqatları daha sürətli və effektiv aparmağa imkan verir. Əsas məqam da budur”. (Azərtac)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun