Qidalanma
“Yayda bu salatlardan imtina etmək lazımdır”
Qidalanma
265

“Yayda bu salatlardan imtina etmək lazımdır”

“Hazır salatlar botulizmi inkişaf etdirərsə, zəhərlənməyə səbəb ola bilər”.

E-saglam.az xəbər verir ki, bu barədə nutrisioloq Elena Solomatina "Veçernyaya Moskva" ilə söhbətində deyib.

Onun sözlərinə görə, hazır salatlara keyfiyyətsiz xammal qatıla, yeməklər yanlış şəkildə saxlanıla bilər:

“Buna görə də onlarda suda və torpaqda yaşayan botulinum toksin bakteriyaları inkişaf edir. Onlar göbələk, ətə və ya tərəvəzə daxil ola bilərlər. Lakin onların inkişafı üçün konservlər kimi havasız bir mühit tələb olunur”.

Diyetoloq yayda artıq mayonez və ya digər yağlı sous ilə ədviyyatlı balıq, ət, yumurta ilə salat almamağı tövsiyə edib:

"Bakteriyalar yaxşı rütubətli bir mühitdə tez çoxalır. Yayda hazır meyvə salatı almayın. Meyvələr isti havalarda tez xarab olur, xüsusən onlara şəkər və yoqurt əlavə edilərsə. Belə salatları özünüz hazırlayıb dərhal yeməlisiz".(yeniavaz.com)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun