Tibbi xəbərlər
Yaşı 40-dan yuxarı olanlara qlaukoma ilə bağlı
Tibbi xəbərlər
450

Yaşı 40-dan yuxarı olanlara qlaukoma ilə bağlı vacib xəbərdarlıq

Qlaukoma göz daxili təzyiqin artması nəticəsində optik sinirin zədələnməsi və görmə itkisinə səbəb olan ciddi bir xəstəlikdir. Adətən 40 yaşdan yuxarı şəxslərdə rast gəlinir və ilkin mərhələdə heç bir əlamət göstərmədiyi üçün gec diaqnoz qoyulur.

E-saglam.az xəbər verir ki, xəstəlik ağrısız irəlilədiyi üçün xəstələr görmə itkisi başlayana qədər onun fərqinə varmırlar.

Müntəzəm göz müayinələri və göz təzyiqinin ölçülməsi qlaukomanın erkən aşkarlanması üçün vacibdir. Ailə tarixçəsində qlaukoma olan insanlarda risk daha yüksəkdir.

Müalicə əsasən göz damcıları ilə başlayır, effektiv olmadığı halda lazer və ya cərrahi üsullara müraciət edilir. Məqsəd göz daxili təzyiqi normaya salaraq görmə itkisini dayandırmaqdır.

Qlaukoma erkən diaqnoz qoyulduqda müalicə ilə idarə oluna bilər. Buna görə də, 40 yaşdan yuxarı hər kəsin mütəmadi olaraq oftalmoloqa müraciət etməsi tövsiyə edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun