Yasəmən əsasən tropik və subtropik bölgələrdə yetişir, calaq üsulu ilə çoxalır . Bəzən mövsümə uyğun bölgələrdə istixanalarda da becərilir. Bu şəfa verici bitkinin bəyaz, qırmızı və ya sar rəngli ləçəkləri olur. Xoş ətirli olduğu üçün insanı özünə tez cəlb edir. İl boyu yaşıl yarpaqlı olmaqla, eləcə qışda yarpaqlarını tökməklə yasəmənlər iki növə ayrılır.
E-saglam.az xəbər verir ki, adi yasəmən daha məşhurdur. İqlimin gedişindən asılı həmin çiçəklər bəzi yerlərdə yarpaqlarını tam tökür. Yazın əvvəlindən payızın axırına qədər çiçək açırlar. Beş taclı yarpaqdan ibarət bu, xoş ətirli bəyaz çiçəkləri görən kimi adamın könül dünyası da çiçəklənir. Qış yasəməni isə yarpaqlarını tökməsinə baxmayaraq, ulduz şəkili sarı-qırmızı çiçəkləri hesabına gözəl görünür. Məlum olsun ki, bu növ yasəmən dekorativ bitki kimi parklara bəzək verir.
Yasəmənin görkəmi könül açdığı kimi, şəfası da böyükdür. Çiçəkləri kosmetik vasitələrin istehsalında geniş işlədilir. Onun iyini çəkəndə əsəblər sakitləşir, baş ağrısı kəsilir. Yasəmən gülünün suyu əsl şəfa mənbəyidir. Ən çox saçlara parlaqlıq verir, onları günəş şüasından yaxşı qoruyur. Həmçinin yorğun gözlərin yuyulmasında xeyirlidir. Enliyarpaq yasəmənin yarpaqları dəri xəstəliyi, ağız yaraları, diş ağrısı zamanı faydalı təsir göstərir. Fil adı ilə tanınan ərəb yasəmənin çiçəklərindən çay hazırlanır. Onu içməklə insan gümrahlaşır, heç bir xəstəlik ona yaxın düşə bilmir. / İkisahil.az