Vətəndaşlara ödənişsiz təqdim olunan laboratoriya xidmətlərinin siyahısını açıqlayıb.
E-saglam.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi öz “Facebook” hesabında məlumat yayıb.
İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan laboratoriya xidmətləri aşağıdakılardır:
- Kliniki analizlər;
- Biokimyəvi analizlər;
- Bakteroloji analizlər;
- İmmunoloji analizlər;
- İnfeksiyaların təyini və digər xidmətlər.
Qeyd edək ki, icbari tibbi sığorta bu il aprelin 1-dən etibarən bütün ölkə ərazisində tətbiq olunur. Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfinə 2 550 sayda müxtəlif tibbi xidmət daxildir.