Tibbi xəbərlər
İndiki peyvəndlər pandemiyanı dayandırmağı bacarmayacaq – İspan virusoloq alim
Tibbi xəbərlər
82

İndiki peyvəndlər pandemiyanı dayandırmağı bacarmayacaq – İspan virusoloq alim

“Ölkələrin vaksinləşməsi pandemiyanın qarşısını alıb sonlandırmayacaq. Hazırda mövcud vaksinlər kollektiv immunitet yaratmağa qadir deyil.

Kollektiv immuniteti o vaksinlə əldə etmək olar ki, peyvənd virusa qarşı tam dayanıqlı olsun və peyvənd olunmuş insan digər insanları yoluxdurmasın. Hələ ki, belə vaksin yoxdur, onun yaradılması isə bu tezliklə mümkün deyil”.

E-saglam.az xəbər verir ki, bu sözləri İspaniyanın ali dərəcəli virusoloqu Marqarita del Val bildirib.

“Müasir vaksinlərin əsas problemi odur ki, heç biri vaksin olunmamış təbəqəni yoluxmadan qorumur. Əksinə vaksin olunan yoluxur, xəstəliyi yüngül keçirir, hiss etmir, cəmiyyətdə virusu dövr etdirir və vaksin olunmamış riskli təbəqəni təhlükə altına qoyur.

Pandemiyanı geridə qoymaq üçün dünyaya bir neçə il lazımdır. Amma bunu bir az tez etmək gərəkdir. Çünki xəstə dünya heç kim üçün təhlükəsiz deyil. Virus daim mutasiyaya uğrayır, bu ənənə hələ uzun müddət qalacaq. Koronavirus çox aktiv reproduktivdir. O canlıdır və yaşamaq uğrunda güclü mübarizə aparır. Biz bununla barışmalıyıq”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun