“İkinci dozadan sonra orqanizmdə koronavirus əleyhinə anticisimləri yaranmayan şəxslərin üçüncü doza alması ilə bağlı məsələ aktiv müzakirə mövzusudur”.
E-saglam.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
TƏBİB rəsmisi bildirib ki, vaksin istehsalıçısı olan şirkətlər bu məsələ barədə düşünürlər: “Amma bu gün üçün bütün dünyada bir vaksinin yalnız iki dozasının qəbulu nəzərdə tutulur”.
O həmçinin vurğulayıb ki, "vaksin olunan nahiyəyə su vurmaq olmaz" deyimi yalnış və elmi sübutu olmayan mülahizələrdir: “Bunlar tamamilə əhəmiyyətsiz məlumatlardır. Bol maye içmək və ağır fiziki işlərdən çəkinmək lazımdır. İlk 48-72 saat ərzində sadəcə müəyyən simptomlar yaşaya bilərlər. Bu da təbiidir”.