Faydalı
Uşaqları "kalqotka" və corab ilə yatırmaq olarmı? - Pediatrdan AÇIQLAMA
Faydalı
610

Uşaqları "kalqotka" və corab ilə yatırmaq olarmı? - Pediatrdan AÇIQLAMA

Uşaqları "kalqotka" və corab ilə yatırmağın hansı zərərləri var?

Uşaqların "kalqotka" və corab ilə yatırılması heç bir halda doğru deyil.

Bu sözləri E-saglam.az-a açıqlamasında həkim-pediatr Dr. Günay Rəsulova deyib. 

Onun sözlərinə görə, uşaqları yatıran zaman düzgün geyindirilməməsi onların yuxularına çox pis təsir edir: "Özəlliklə soyuq aylarda valideynlər soyuqdan qorxaraq, uşaq üstün açır deyə çox qalın paltarlarla uşağı yatırırlar.  Bu da uşaqların yuxu keyfiyyətinə mənfi təsir göstərir. Uşaq səhərə kimi yerində fırlana-fırlana yatır, yaxud çox tərləyir". 

Pediatr deyib ki, "kalqotka" sıx geyim olduğu üçün uşaqda qan dövranını pozur, ona görə də uşaq yuxuda çox narahat olur: "Corab isə ümumiyyətlə lazım deyil. Corabların da boyun hissəri uşağın topuq hissəsində sıxma, narahatlıq yaradır. Yenə də qan dövranı pozğunluğuna və ayaqda şişkinliyin yaradılmasına gətirib çıxara bilər." 

G.Rəsulova məsləhət edib ki, valideynlər bu sıx geyimləri ancaq boş və rahat yuxu tulumu ilə əvəz edə bilərlər: "Həmçinin normal temperaturu olan otaq şəraitində uşağın ayağına corab geyindirilməsi lazımsız bir şeydir".

Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun