Sağlamlıq
Uşaqlar yuxuda zəhər udurlar:
Sağlamlıq
388

Uşaqlar yuxuda zəhər udurlar: Alimlərdən döşək istehsalçılarına xəbərdarlıq

Toronto Universitetinin araşdırmalarına görə, uşaqlar yatarkən döşəklərdən ftalatlar, alov gecikdiricilər və digər zərərli kimyəvi maddələri nəfəs alaraq və ya udaraq qəbul edirlər.

E-saglam.az xəbər verir ki, bu maddələr nevroloji və hormon pozğunluqları, astma və xərçənglə əlaqələndirilir.

Araşdırmalar göstərib ki, yeni alınmış uşaq döşəkləri bu kimyəvi maddələrin əsas mənbəyidir. Uşağın bədən istiliyini və çəkisini təqlid edən sınaqlarda bu maddələrin səviyyəsi daha da yüksəlib. Alimlər döşəklərdəki alov gecikdiricilərin yanğın təhlükəsizliyi baxımından sübut edilmiş faydası olmadığını, əksinə, zərər verdiyini bildirirlər.

Tədqiqatçılar istehsalçıları döşəkləri zərərli maddələrə qarşı test etməyə və daha təhlükəsiz materiallardan istifadə etməyə çağırır. Eyni zamanda, valideynlərə uşağın yataq sahəsindəki yastıq, ədyal və oyuncaqların sayını azaltmaq, yataq dəstlərini tez-tez yumaq və boyasız, neytral rəngli parçalara üstünlük vermək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun