Tibbi xəbərlər
Uşağınızın qulağının forması fərqlidirsə,
Tibbi xəbərlər
763

Uşağınızın qulağının forması fərqlidirsə, DİQQƏT!

Uşaqlarda qulaq formalarının fərqli olması genetik və ya ətraf mühit faktorları ilə əlaqəli ola bilər. Erkən diaqnoz və müdaxilə həm fiziki, həm də psixoloji inkişaf üçün mühüm rol oynayır.

E-saglam.az xəbər verir ki, mütəxəssislər vurğulayırlar ki, bu cür deformasiyalar çox vaxt sadə müalicələrlə düzəldilə bilər.

Qulaq deformasiyalarının səbəbləri

Qulaq deformasiyaları adətən anadangəlmə olur və genetik faktorlarla bağlıdır. Bəzi hallarda isə doğuş zamanı travmalar və ya digər ətraf mühit təsirləri bu vəziyyətə səbəb ola bilər. Bu deformasiyalar arasında qulaqcığın normadan böyük olması (makrotiya), qığırdaq quruluşunun anormal inkişafı və qulaqların kiçik və ya qabarıq olmaması kimi hallar yer alır.

Psixoloji təsirlər

Bu cür fərqlər uşaqların psixoloji vəziyyətinə təsir edə bilər. Məktəb yaşına çatan uşaqlarda özünəinam problemləri, həmyaşıdlarının zorakılığına məruz qalma və sosial uyğunlaşma çətinlikləri müşahidə oluna bilər. Mütəxəssislər bildirirlər ki, erkən diaqnoz və düzgün müdaxilə uşağın həm fiziki, həm də psixoloji rifahına müsbət təsir göstərir.

Müalicə və erkən müdaxilənin rolu

Qulaq deformasiyalarının müalicəsi əsasən cərrahi və qeyri-cərrahi üsullarla həyata keçirilir. Yeni doğulmuş körpələrdə qulaq quruluşu daha elastik olduğu üçün xüsusi aparatlarla və ya sarğılarla düzəltmək mümkündür. Erkən müdaxilələr daha uğurlu nəticələr verir. Cərrahi müdaxilə tələb olunan hallarda otoplastik əməliyyatlar adətən 5-6 yaşlarında icra olunur.

Ailənin və psixoloji dəstəyin əhəmiyyəti

Uşaqların özünə inamının qorunması üçün psixoloji dəstək vacibdir. Ailələrin uşaqlarına həvəsləndirici və dəstəkləyici yanaşması müalicə prosesini asanlaşdırır və onların sosial inkişafına müsbət təsir edir. Erkən diaqnoz və uyğun müalicə ilə qulaq deformasiyalarının böyük əksəriyyəti effektiv şəkildə düzəldilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun