Faydalı
Uşağı ana südündən necə ayırmaq olar?
Faydalı
289

Uşağı ana südündən necə ayırmaq olar?

Uşağı ana südündən necə ayırmaq olar?

E-saglam.az bildirir ki, ana olmaq-bəşər qadınlarının ən ali hissidir. Bu hissin iki öhdəliyi var: Övladınıza ana südü vermək və vaxtı çatdığında ana südündən ayırmaq.

Təəssüf ki, bizlərə "Ana südünü kəsmək üçün hansı tabletkanı içə bilərik", deyə çoxsaylı müraciətlər olur. Hər dəfəsində dediyimiz budur: Çalışın ana südünü övladınıza verməkdən səbr edərək kəsin. Bu həm sizin, həm övladınızın xeyrinədir.

Çalışın qida rasionunuzdan isti çay və şirniyyatı azaldın, gün ərzində kontrastlı duş qəbul edin. Tutaq ki, övladınız 10 ayındadır və gündə 6 dəfə ana südü yeyirsə, 6 dəfə südü iki həftə ərzində 4-5 dəfəyə, sonrakı iki həftə ərzində 2 dəfəyə qədər azaldın. Bu təbii ki, sizdən səbr tələb edir, süd vermədən sonra döşünüzə kələm, kamfora yağı ilə bir saatlıq kompress qoya bilərsiniz, sonra amma ilıq su ilə döşünüzü yuyun. Uşağınızı giləyə metilən abisi olan “zelyonka”, istiot vuraraq süddən ayırmayın.

Əslində səbrli olsanız tədricən - 7 həfətəyə qədər döşdən kəsilmə hər ikiniz üçün sağlamlıqdır. Sizə “Dostinex” kimi dərmanlar təklif oluna bilər. İki günə südünüz quruyacaq, amma mən tövsiyyə etmirəm. Ana olmaq üçün 9 ay səbr edən qadın, artıq süd vermə üçün 1 ay da səbr edə bilər. Bədənimizi hormonal stressə salmaq olmaz. Döşünüzü sıx dəsmalla sıxmayın, sadəcə, bir ölçü kiçik büstqalter geyinə bilərsiz bu müddətdə.

Günel Qəmbərova - Mammoloq-radioloq, ATU-nun Tədris Terapevtik Klinikasının həkimi

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun