Sağlamlıq
Ürəyi "maşın" kimi işlədir,
Sağlamlıq
706

Ürəyi "maşın" kimi işlədir, infarktı dayandırır

Ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəblərindən biridir. Ancaq həyat tərzində sadə dəyişikliklərlə bu riskləri xeyli azaltmaq olar. Bu dəyişikliklərdən ən əhəmiyyətlisi yemək vərdişləridir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər xüsusilə balıq istehlakının ürək sağlamlığına son dərəcə müsbət təsirləri olduğuna diqqət çəkirlər. Omeqa-3 yağ turşuları ilə zəngin olan balıq təkcə ürək ritmini dəstəkləmir, eyni zamanda aterosklerozun qarşısını alır, qan təzyiqini tənzimləyir və infarkt riskini əhəmiyyətli dərəcədə azaldır.

Balıq tərkibindəki omeqa-3 yağ turşuları, yəni EPA (eikosapentaenoik turşu) və DHA (dokosaheksaenoik turşu) sayəsində ürək-damar sağlamlığına qoruyucu təsir göstərir. Bu yağ turşuları damarların elastikliyini artırır, iltihabı azaldır və ürək əzələlərinin daha səmərəli işləməsini təmin edir.

Omeqa-3 ürək dərəcəsini və ritmini tənzimləyən xüsusiyyətləri ilə tanınır. Bu sayədə ani ürək dayanması və nizamsız ürək döyüntüləri kimi ciddi problemlərə qarşı qoruyucu rol oynayır.

Balıq qanda triqliserid səviyyəsini aşağı salaraq damarların tıxanmasının qarşısını ala bilər. Bu, ürəyə daha sağlam qan axını təmin edir. O, həmçinin "pis xolesterin" olaraq da bilinən LDL-ni azaldır, eyni zamanda "yaxşı xolesterol" olaraq da bilinən HDL-ni artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun