Moskvada ürəyi bir gündə 25 dəfə dayanan xəstə xilas edilib.
E-saglam.az xəbər verir ki, V. M. Buyanov adına Şəhər Klinik Xəstəxanasının həkimləri 62 yaşlı xəstənin həyatını xilas ediblər. Ürək dayanması zamanı əvvəllər implantasiya edilmiş defibrillyator orqanın fəaliyyətini bərpa etsə də, cihaz xəstəxanaya çatana qədər demək olar ki, tam boşalıb.
Ağır aritmiya səbəbindən standart müalicə mümkün olmayıb. Həkimlər ilk dəfə ECMO aparatının dəstəyi ilə radiotezlikli kateter ablasiyası üsulundan istifadə edərək 7 saat davam edən unikal əməliyyat keçiriblər.
Əməliyyat qrupuna ürək-damar cərrahları, aritmoloqlar, anestezioloq-reanimatoloqlar və digər mütəxəssislər daxil idi. Əməliyyat yeddi saatdan çox davam edib və nəticədə ürəyin normal fəaliyyəti tam bərpa olunub. Cərrahi müdaxilədən sonra ürək fəaliyyəti tam normallaşıb və xəstə reabilitasiyadan sonra evə buraxılıb.
Son illərdə Moskva xəstəxanaları miokard infarktı keçirmiş xəstələrin sayını azaltmaq üçün yüksək texnologiyalı müalicə üsullarını uğurla tətbiq edir.
Tərcümə: Könül Oruc