Xəstəliklər
Unudulmuş təhlükə
Xəstəliklər
331

Unudulmuş təhlükə yenidən gündəmdə

Biruni Universiteti Xəstəxanasının Daxili Xəstəliklər üzrə mütəxəssisi Dr. Əli Vardar, uzun illər əvvəl "dənizçi xəstəliyi" kimi tanınan sinqa xəstəliyinin bu gün də qida çatışmazlığından əziyyət çəkən insanlarda yenidən ortaya çıxa biləcəyini bildirib. Xəstəliyin əsas səbəbi C vitamini çatışmazlığıdır.

E-saglam.az xəbər verir ki, Dr. Vardarın sözlərinə görə, uzun səfərlərdə təzə meyvə və tərəvəz qəbul edə bilməyən dənizçilərdə tez-tez rast gəlinən sinqa, nadir görünən, lakin ciddi nəticələrə yol aça bilən xəstəlikdir. Orqanizmdə sintez olunmayan C vitamini qida vasitəsilə qəbul edilməlidir. Bu vitamin kollagenin sintezində, dəmirin mənimsənilməsində və zərərli radikalların təsirindən qorunmada mühüm rol oynayır.

C vitamini ehtiyatları üç ay ərzində bu vitamindən kasad bir pəhrizlə tükənə bilər. C vitamini səviyyəsi 350 milliqramın altına düşdükdə sinqa xəstəliyi inkişaf edə bilər. İlk əlamətlər arasında halsızlıq, iştahsızlıq və çəki itkisi yer alır. Daha sonra nəfəs darlığı, əzələ və sümük ağrıları, diş əti qanamaları, dəri səpgiləri, emosional dəyişikliklər və yaraların gec sağalması müşahidə olunur.

Risk qrupuna yalnız inək südü ilə qidalanan körpələr, alkoqoldan çox istifadə edənlər, fast-foodla qidalananlar, siqaret çəkənlər, hamilə və süd verən qadınlar, eləcə də həzm sistemi pozğunluğu olan şəxslər daxildir. Kişilər gündəlik 90 milliqram, qadınlar isə 75 milliqram C vitamini qəbul etməlidir. Bu ehtiyac limon, qreypfrut, çiyələk, brokoli, kələm, ispanaq və pomidor kimi meyvə-tərəvəzlərlə asanlıqla qarşılanır.

Dr. Vardar qeyd edib ki, laborator testlər həmişə diaqnoz üçün kifayət etməsə də, simptomlarla uyğun hallarda C vitamini əlavəsi ilə sürətli yaxşılaşma diaqnozu təsdiqləyə bilər. Müalicə oral və ya venadaxili C vitamini ilə aparılır. Müalicənin ilk 24 saatında qanaxmalar dayanır, bir neçə günə ağrılar azalır, iki həftə ərzində isə dəri səpgiləri geriləyir. Erkən müdaxilə həyati əhəmiyyət daşıyır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun