Ukrayna koronavirusa qarşı öz peyvəndini hazırlayır.
E-saglam.az-ın məlumatına görə, bunu “report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna səhiyyə nazirinin müavini, baş sanitar həkim Viktor Lyaşko deyib.
“Bunu edəcəyik və hətta artıq başlamışıq. Artıq üç variant üzərində iş gedir. Təxminən sentyabra qədər bu işin əsas mərhələsini keçəcəyik. İstehsal etdiyimiz peyvənd yüksək effektivli olmalıdır”, - o deyib.
Onun sözlərinə görə, hazırda Lvov, Odessa və bir sıra digər şəhərlərdə bununla bağlı işlər davam edir.
V.Lyaşko peyvəndin təxminən gələn ilə qədər hazır olacağını qeyd edib.