Udulan saqqız mədəyə yapışır?
Udulan saqqız mədəyə yapışmaz, həzmə də getməz.
Bu sözləri E-saglam.az-a açıqlamasında Fleboloq Cərrah İsmayıl Əsgərov deyib.
Onun sözlərinə görə, saqqızı həzm edəcək, əridəcək fermentlər bizim mədəmizdə yoxdur: "Yəni çeynədikdə hansı halda udulursa, o vəziyyetdə bağırsaqlardan xaric olur. Çox sayda saqqız eyni vaxtda udularsa, bağırsaq keçməzliyi, əməliyyatlıq problem yarada bilər".
Könül Oruc