Faydalı
Turpun hansı faydaları var?
Faydalı
332

Turpun hansı faydaları var?

Rusiyalı dietoloq, terapevt Yelena Tixomirova turpun sağlamlığa faydalarından danışıb.

Həkim qeyd edib ki, turp təbii antibiotikdir.

“Onun tərkibində tərəvəzə xarakterik acılıq verən efir yağları var.

Həmçinin, turpun tərkibində bakteriyaları öldürən fitonsidlər də var ki, onu antibiotik edən də məhz budur”, - deyə Tixomirova bildirib.

Həkimin sözlərinə görə, turp nə qədər acı olsa, bir o qədər də faydalıdır. Bu isə o deməkdir ki, qara turp öz xüsusiyyətlərinə görə qırmızıdan daha üstündür.

Terapevt onu da vurğulayıb ki, turpun tərkibində dəri üçün faydalı olan C vitamininin gündəlik dozasının üçdə biri var.

Bununla yanaşı, turp bütün orqanlara kapilyar qan tədarükü üçün də faydalıdır./Oxu.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun