Xəstəliklər
Türkiyədə xəbərdarlıq: Yayılan virus COVID-19-la səhv salına bilər
Xəstəliklər
74

Türkiyədə xəbərdarlıq: Yayılan virus COVID-19-la səhv salına bilər

Türkiyədə yayılan Krım-Konqo hemorragik qızdırması COVID-19-la səhv salına bilər.

E-saglam.az-ın məlumatına görə “Cumhuriyet” xəbər verir ki, bunu Ankara Universitetinin infeksionisti Güle Çınar deyib.

“Gənələr insana yapışdıqda daxilində olan maddəni insanın qanına boşaldırlar və nəticədə virus orqanizmimizə yoluxur. Gənə dişləyən insanların sağlamlığı 10 gün müddətində nəzarət altında olmalıdır”, - deyə həkim bildirib.

Onun sözlərinə görə, xəstəlik başağrısı, ürəkbulanma, qusma, ishal, əzələ ağrısı, halsızlıq kimi simptomlara səbəb olur.

“Hərarət bütün insanlarda dərhal nəzərə çarpmasa da, müddət sonra müşahidə olunaraq orqanizmdə koaqulyasiya sisteminin pozulmasına və qanaxmalara səbəb ola bilər. Əsasən xəstələr daxili qanaxma və ya qanaxmanın kəsilməməsi səbəbindən həyatlarını itirirlər”, - deyə infeksionist vurğulayıb.

Həkim bildirir ki, gənələrin ola bildiyi kənd əraziləri, meşə, gəzintiyə gedərkən mümkün qədər bağlı geyinmək, gənə yapışdıqda isə onu ya əlcək, ya da salfetlə çıxarmaq lazımdır.

Qeyd edilir ki, ötən həftə ərzində Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunda üç, Tokatda 14, Ərzincanda isə yeddi nəfərə Krım-Konqo hemorragik qızdırması diaqnozu qoyulub./versus.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun