Xəbərlər
Tovuzda günlərlə tənha buraxılan 1 yaşlı körpə
Xəbərlər
255

Tovuzda günlərlə tənha buraxılan 1 yaşlı körpə Bakıya gətirildi

Tovuzda günlərlə evdə ac qalan 1 yaş 2 aylıq körpə Bakıya gətirilib.

E-saglam.az bildirir ki, bu barədə Publika.az-a "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

“Artıq uşaq 1 saylı xəstəxanaya yerləşdirilib. Sabah yanına gedəcəyəm, vəziyyəti ilə bağlı son durumu öyrənəcəyəm”, - o qeyd edib.

Xatırladaq ki, Tovuz Rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar. Uşaq polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardımlar göstərilib, uşağın sağlamlığında həyati təhlükə olmadığı bildirilib. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, uşağın anası Aygün Qədimova nikahdankənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun