Faydalı
“TikTok” beyin hüceyrələrini tükədir - Həkimdən XƏBƏRDARLIQ
Faydalı
193

“TikTok” beyin hüceyrələrini tükədir - Həkimdən XƏBƏRDARLIQ

Gündə 2 saatdan artıq sosial şəbəkələrdə olmamağa çalışın.

E-saglam.az xəbər verir ki, gənclərin hər gün asılıb qaldığı TikTok, Teleqram və İnstraqram sosial şəbəkələri, səs-küylü videolar, eləcə də çox sayda filmlər beynin tükənməsinə səbəb olacaq. Bu isə gələcəkdə indiki nəsildə çox ciddi beyin problemləri yarada bilər.

Rusiyalı həkim terapevt Oleq Abakumov gənclərdə TikTok səbəbindən beyin funksiyalarında problem yaşadıqlarını bildirib:

“Gün ərzində 4 saatdan çox xəbərlər, kliplər, filmlərə baxmaq, sosial şəbəkələrdə olmaq beynin vəziyyətinə çox mənfi təsir edir.

Qısa, lazımlı-lazımsız informasiyalarla dolu olan TikTok-da beyinə lazım olmayan informasiya çoxdur. Bu da onun tükənməsinə səbəb olur. Hüceyrələr bu qədər informasiya axını ilə yüklənməyə hesablanmayıb. Təsəvvür edin, 1 aylıq informasiyanı siz 3 sutkada beyinə ötürürsüz. Bu yorğunluq, tükənmə güclü idman məşqləri və yarışlarından sonra əzələlərin yorulmasına bərabərdir.

İllər sonra beyii normal fəaliyyətə bərpa etmək çətin olacaq.

Hər kəs TikTok-a baxma müddətini azaltmalıdır. Gündə 2 saatdan artıq sosial şəbəkələrdə olmamağa çalışın”. /Bakupost.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun