Tibbi xəbərlər
Tək ayaq üstə durmaqla bioloji yaşınızı öyrənin -
Tibbi xəbərlər
248

Tək ayaq üstə durmaqla bioloji yaşınızı öyrənin - Amerikalı tədqiqatçılar açıqladı

Amerikalı tədqiqatçılar, bir ayağınızda tarazlaya biləcəyiniz müddətin bioloji yaşınızı ortaya qoyduğunu açıqladılar. Mütəxəssislər bu sadə üsulla MRT və DNT analizinə ehtiyac qalmadığını bildiriblər.

E-saglam.az xəbər verir ki, floridalı elm adamları, bir ayaq üzərində tarazlaya biləcəyiniz müddətin bədənin sümük, əzələ və sinir gücü haqqında məlumat verdiyini söylədi.

Sensasiyalı araşdırmaya görə, 50 yaşlı bir insan təxminən doqquz saniyə, 80 yaşında isə yalnız üç saniyə tarazlıq saxlaya bilir.

Mütəxəssislər bildiriblər ki, əgər gözləriniz bağlı halda 10 saniyə dik dayana bilirsinizsə, yaşınızdan asılı olmayaraq sağlamsınız.

Yaşı 50 ilə 80 arasında olan 40 iştirakçını müşahidə edən tədqiqatçılar bioloji yaşı öyrənmək üçün DNT analizi və ya MRT kimi bahalı üsullara ehtiyac olmadığını bildiriblər.

“Public Library of Science” jurnalında dərc edilən araşdırmalara görə, insanın yaşlandıqca bir ayaq üstə dayana bilmə müddəti 2,2 saniyə azalır. Belə ki, 50 yaşlı insan 15 saniyə tarazlıq saxlaya bilirsə, 60 yaşlı insan 12,8 saniyə ərzində tarazlıqda qala bilir.

Mütəxəssislər bu testin sümük möhkəmliyini və yaşlanmasını müşahidə etmək üçün çox təsirli bir üsul olduğunu vurğuladılar.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun