Tibbi xəbərlər
Tədris bazalı tibb müəssisələri ƏDV-dən
Tibbi xəbərlər
353

Tədris bazalı tibb müəssisələri ƏDV-dən üçillik azad olunub

Tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib.

E-saglam.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin Hesabatında öz əksini tapıb.

“Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası tərəfindən 2020-ci il 30 aprel tarixində və Tədris Terapevtik Klinikası tərəfindən 2021-ci il 6 dekabr tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə müqavilələr bağlanılıb. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə və Tədris Terapevtik Klinikalarında maliyyə göstəricilərinin yaxşılaşdırılması, göstərilən xidmətlərdən daxil olan vəsaitlərin artırılması məqsədilə Səhiyyə Nazirliyinin İqtisadiyyat və Maliyyə Nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında 2023-cü ildə Vergi Məcəlləsində aparılmış dəyişikliyə əsasən tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilmişdir.

Azərbaycan Dövlət Tibb Universitetinin Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarının icbari tibbi sığorta fondunun vəsaitlərinə çıxış imkanının yaradılması istiqamətində hazırda aidiyyəti üzrə tədbirlər görülür”, - hesabatda deyilir. (APA)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun