Xəbərlər
Tapılması üçün 10 milyon mükafat vəd edilən hindistanlı turistin qalıqları
Xəbərlər
251

Tapılması üçün 10 milyon mükafat vəd edilən hindistanlı turistin qalıqları Zaqatalada aşkarlandı

2022-ci ilin may ayında Zaqatala rayonu ərazisində itkin düşmüş 1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Manikanth Kondaveetin qalıqları tapılıb.

E-saglam.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ona məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus çanta, bank kartları, mobil telefon və digər əşyalar rayonun Car kəndi yaxınlığında Şamilovka meşə massivində aşkar edilib.

Meyiti qalıqları və tapılan əşyalar müvafiq ekspertizalar keçirilməsi üçün aidiyyəti üzrə Zaqatala Rayon Prokurorluğuna təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qardaşı Kondaveeti tapana 10 milyon rupi (hazırkı məzənnə ilə təxminən 195 min manat) bəxşiş vəd etmişdi.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun