Qidalanma
Spirtli içkilər koronavirusun qarşısını alır? - CAVAB
Qidalanma
265

Spirtli içkilər koronavirusun qarşısını alır? - CAVAB

Ötən il ərzində Azərbaycanda insanlar spirtli içkilərə 431 milyon pul xərcləyib. Bu rəqəm əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Belə düşünülür ki, spirtli içki qəbul edənlərin sayında artımın olmasına səbəb koronavirusla əlaqədardır.

Yəni, insanlarda belə bir fikir formalaşıb ki, spirtli içki virusu məhv edir və beləliklə spirtli içkidən istifadə artır.

Maraqlıdır, bu iddianın əsaslandırılmış tibbi izahı varmı? Spirtli içki koronavirusun qarşısını alırmı?

E-saglam.az xəbər verir ki, mövzunu Sfera.az-a şərh edən immunoloq Akif Qurbanov spirtli içkinin koronavirusa hansısa formada təsir etmədiyini bildirib:

“Mütəmadi olaraq spirtli içki qəbul edən şəxslərdə bədənin müqaviməti zəifləyir. Spirtli içki yalnız ağız və boğazda olan bəzi virusların inkişafını ləngidə bilər, koronavirusun yox. Spirtin koronavirusu məhv etməsi üçün spirt bütün orqanlarda 80-90 faiz konsentrasiya yaratmalıdır.

Bu baxımdan spirtli içki qəbul etmək immunitet yaranmasını zəiflədir və yoluxdurucu xəstəliklərə qarşı müqavimət qabiliyyətimizi azaldır. Biz vaksin olunan şəxslərə də deyirik ki, yaxın 10 gün ərzində spirtli içki qəbul etməyin ki, immunitet yaransın”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun