Faydalı
Soyuq fəsillərdə immuniteti artıran
Faydalı
2323

Soyuq fəsillərdə immuniteti artıran 7 təbii üsul - Elnur Eldaroğludan

"Payız və qış aylarında tez-tez xəstələnmə hallarına daha çox rast gəlirik. Xüsusilə, kəskin respirator virus infeksiyaları; qrip, paraqrip, koronavirus, qızılca, su çiçəyi, herpes və s. Və bir çox bakterial infeksiyaları misal göstərmək olar. İmmuniteti aşağı olanlar üçün bu kimi xəstəliklərə yoluxma faizi yüksəkdir və ya xəstəlikləri ağır keçirə bilir".

Bu sözləri E-saglam.az-a açıqlamasında Həkim-fitoterapevt Dr. Elnur Eldaroğlu deyib.

Onun sözlərinə görə, orqanizmin təbii interferon qabiliyyətini artıran, mineral və vitaminlərlə təmin edən qida, bitki və arı məhsullarını istifadə etmək məsləhət görülür.

Soyuq fəsillərdə immuniteti artıran 7 üsulu təqdim edirik: 

1. Yuxu rejiminə ciddi əməl etmək lazımdır. 7 saat gündəlik yuxuda zaman keçirmək neyro- humoral sistemin hesabına vücudun xəstəliklərə qarşı dözümsüzülüyünü bərpa edir. Əgər rahat yata bilmirsinizsə lavanda yağı ilə gicgah nahiyələrinizi 5-6 dəqiqə masaj edin.

2. Maye qəbulu, əsasən də su içməyi unutmayın bədən çəkisinə uyğun olaraq 2-3 litr. Su bir çox biokimyəvi proseslərin əsas iştirakçısıdır və miroorqanizmlərin orqanizmdən utilizasiyası üçün əlverişli şərait yaradır. Gündəlik istifadə edilən belə bir bitki çayı sizin immunitetinizi yüksək saxlayar; 5 q zəncəfil kökü tozu, 10 q kəklikotu, 10 q cökə çiçəyi, 10 q sarıkök və 20 q zirinc meyvəsi götürüb 400 ml qaynar suda 20 dəqiqə dəmləyib, gündə 2 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir.

3. Səmərəli qidalanmaya nəzarət etmək məsləhətdir. Protein, mineral və vitaminlə zəngin qida önəmlidir. Gündəlik yeyilən yeməyin həcmi deyil, faydalı iş əmsalı uyğun seçilməlidir. Mövsümi meyvə-tərəvəzlər istifadə edilməlidir (portağal, qreypfrut). Həmçinin sarımsaq, limon, zəncəfil ekstraktı hazırlaya bilərsiniz, alma sirkəsi ilə birlikdə. Uşaqların, eləcə də böyüklərin immunitetini artırmaq üçün belə bir bitki və arı məhsullarından ibarət məcun hazırlmaq olar; 100 q çörəkotu toxumu tozu, 100 q balqabaq toxumu tozu, 100 q çiçək tozu yəni polen 50 q ağ küncüt toxumu tozu, 5 q arı südü, 10 q sarıkök və 700 q bal götürlür və yaxşı bir-birinə qarşıdırılır. Bal içərsinə əlavə edilərək 2 gün saxlanılır və gündəlik qida əlavəsi kimi yeyilir. Uşaqlar üçün 1 yaşdan etibarən yarım çayqaşı 2 dəfə 7-12 yaş üşüm 3 dəfə və 12 yaşdan yuxarı və böyüklər üçün isə 1 çay qaşığı 3-4 dəfə yeyilir. Əgər bal və arı məhsullarına qarşı allergiya varsa yalnız çörəkotu və küncüt toxumu istifadə edilə bilər.

4. Açıq havada idman, mütləq deyil ki, kəskin soyuqlarda nazik paltarla yalnız qaçmağı nəzərdə tutasınız. Çünki burun tənəffüsü önəmlidir, həddən artıq qaçış zamanı ağızla hava axını olarsa yuxarı tənəffüs orqanlarının temperatur balansını pozmuş ola bilərsiniz. Gündəlik 15-20 dəqiqə fiziki hərəkətlər və günaşırı çobanyastığı ilə evkalipt dəmləməsi ilə buruna 3-4 dəqiqə buxar yəni inhalyasiya müalicəsi tətbiq edilir. Əsasən haymroti və sinusitləri olanlar üçün keçərlidir.

5. Stresdən onsuz da tam uzaq olmaq mümkün deyil, amma stress faktorlarının əleyhinə antistress üsullardan istifadə etmək tövsiyə olunur. Meditasiya, yoqa və ruhu sakitləşdirəcək hobbilərdən istifadə ilə bu mümkündür. Dazıotu bitkisindən təbii antidepresant kimi istifadə edilir. 10 q gün ərzində günün birinci yarısı yeməkdən öncə daxilə qəbul edilir.

6. Detoksikasiya prosesi önəmlidir. Orqanizmə antioksidant təsir göstərən məhsullardan istifadə etmək məsləhət görülür. ədviyyatlardan; sarıkök, darçın və sumax kimi məhsulları qida və məhlullara əlavə edərək istifadə etmək. Həmçinin qara kişmiş dəmləməsi (20 ədəd kişmiş 200 ml qaynar suda yarım saat dəmlənilib hər səhər ac içilir. Şəkər xəstələri üçün keçərli deyil) və buğda cücərtisindən 1 ay istifadə edib 1 ay fasilə vermək.

7. Qan dövranını və qan laxtalanma elementlərinin işinin yaxşılaşdırılması önəmlidir. Davamlı qandurulducu istifadə edənlər üçün yox, amma profilaktik olaraq heç bir dərman içməyənlər üçün ağ söyüd yarpağının dəmləməsini istifadə etmək tövsiyə olunur. 

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun