Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası zamanı səhiyyə sahəsi ilə bağlı bir sıra qanun layihələri müzakirə ediləcək.
E-saglam.az bildirir ki, bu sırada “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanun, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Onkoloji yardım haqqında” və “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunu layihəsinin birinci oxunuşda müzakirəsi var.
Həmçinin “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Psixatriya yardımı haqqında”, “İcbari sığortalar haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi də ilk oxunuşa çıxarılıb.
Mənbə: tibb.fed.az