Faydalı
Şişkinliyi aradan qaldırır, damar genişlənməsinə faydalıdır -
Faydalı
2415

Şişkinliyi aradan qaldırır, damar genişlənməsinə faydalıdır - Təbii YAĞ

Bu xoş ətirli, günəş enerjisi ilə zəngin olan bitki yağı ayaqlar üçün olduqca faydalıdır.

E-saglam.az çobanyastığı yağının ev şəraitində hazırlanma qaydasını və faydalarını təqdim edir:

Təzə çobanyastığı çiçəklərini yuyub suyunun süzülməsini gözləyin. Tamamilə qurutmağa ehtiyac yoxdur. Gülü bir şüşəyə doldurub üzərini örtənə qədər bitki yağı tökün. Şüşəni 40 gün ərzində qaranlıq yerdə saxlayın və onu vaxtaşırı silkələməyi unutmayın. 40 gündən sonra tənzifdən süzüb başqa bir qaba əlavə edin. Əldə edilən vasitəni soyuducuda saxlamaq lazımdır.

Yağı hər gün genişlənmiş damarların olduğu yerlərə sürtün. Bunu çox diqqətlə və ehtiyatla etmək tələb olunur. Daha yaxşı effekt əldə etmək üçün gecə kompres etmək olar. Çobanyastığı yağından hər gün istifadə etmək çox yaxşı kömək edir.

Bu yağ müalicə effekti ilə bərabər dərini daha yumşaq edir, gərginliyi, stressi, yorğunluğu, həmçinin şişkinliyi aradan qaldırır. /publika.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun