Qidalanma
Siqaretdən daha təhlükəli yeməklər açıqlandı -
Qidalanma
306

Siqaretdən daha təhlükəli yeməklər açıqlandı - 32 xəstəlik yaradır

ABŞ-dən olan alimlər 10 milyona yaxın könüllünün iştirak etdiyi onlarla böyük araşdırmanı təhlil ediblər. Mütəxəssislər müəyyən ediblər ki, fastfud və ultra emal olunmuş qidaların müntəzəm istehlakı insan sağlamlığına mənfi təsir göstərə bilər.

E-saglam.az-ın verdiyi məlumata görə, bu barədə Mir24.TV xəbər yayıb.

Bildirilir ki, fastfud, qablaşdırılmış çörək məmulatları, şirin qarğıdalı lopası, çips və qazlı içkilərin hazırlanması zamanı istehsalçılar müxtəlif aromatizatorlar, emulqatorlar və süni boyalar əlavə edirlər. Bu məhsullar zərərli yağlar, şəkər və duzla zəngindir, sağlamlıq üçün çox vacib olan lif və vitaminlərdən isə demək olar ki, məhrumdur.

Elm adamlarının sözlərinə görə, yüksək dərəcədə emal edilmiş qidaların istehlakı ilə xərçəng də daxil olmaqla 32 xəstəlik arasında birbaşa əlaqə aşkarlanıb.

"Depressiya, diabet, ürək-damar xəstəlikləri - bunlar fastfudun müntəzəm istifadəsinin gizlətdiyi təhlükələrdən yalnız bir neçəsidir", - deyə alimlərin araşdırmasında bildirilir.

Ekspertlərin sözlərinə görə, ultra emal edilmiş qidalar hətta siqaret çəkməkdən daha təhlükəli ola bilər, çünki onlar bütün əhali qrupları üçün geniş əlçatandır və tez-tez qəbul edilir. (Oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun