Tibbi xəbərlər
Sənan Mehdiyevin həbs müddəti
Tibbi xəbərlər
266

Sənan Mehdiyevin həbs müddəti uzadıldı

Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın ölümü ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən cərrah Sənan Mehdiyevin həbs müddəti uzadılıb.

E-saglam.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Məhkəmə əlavə sübutların toplanmasını nəzərə alaraq təqdimatı təmin edib. Qərara əsasən, Sənan Mehdiyevin həbsdə saxlanılma müddəti daha 2 ay uzadılıb.

Xatırladaq ki, bu il yanvarın 12-də 30 yaşlı Mansurova Nəzrin Aydın qızı müalicə aldığı xəstəxanada vəfat edib. İlkin araşdırma zamanı N.Mansurovanın klinikaların birində rinoplastika əməliyyatı etdirməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Nəzrini əməliyyat edən cərrah Sənan Mehdiyev təqsirləndirilən şəxs qismində həbs edilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun