Faydalı
Sən demə ispanağı bu şəkildə yemək
Faydalı
335

Sən demə ispanağı bu şəkildə yemək zərər verirmiş

Tərkibindəki yüksək dəmir və ona yaşıl rəng verən flavonoidlər sayəsində bir çox faydaları olan ispanağın düzgün istifadə edilməməsi bir sıra sağlamlıq problemlərinə səbəb olur.

E-saglam.az xəbər verir ki, təbii sağlamlıq mənbəyi olan ispanaqdan istifadə mütəxəssislər tərəfindən tez-tez tövsiyə olunur. Bununla belə, ispanaq istehlak edərkən nəzərə alınmalı olan bəzi məqamlar var. İspanağı yanlış şəkildə istehlak etsəniz, faydasından çox zərər verər. 

İspanaq yeyərkən nəzərə alınması lazım olan ən vacib şey onu nə ilə qarışdırıb istehlak etməkdir.

Bir çox insan ispanağı üzərinə qatıq tökərək istehlak etməyi xoşlayır. Bu, əslində edilə biləcək ən böyük səhv kimi tanınır. İspanağı qatıqla qarışdırıb istehlak etmək onun bütün faydalarını məhv edir.

Niyə? 

Çünki ispanağın tərkibində yüksək miqdarda dəmir, qatıqda isə kalsium var. Onlar qarışdırılarsa, qatığın tərkibindəki kalsium dəmiri özünə çəkir və ispanaqdan ala biləcəyiniz dəmir xaric olur. Bu vəziyyət qanda dəmir çatışmazlığı kimi problemlərə səbəb ola biləcəyi üçün kalsiumun dəmir istehlakından xaric edilməsi lazımdır. İspanağı qatıqla qarışdırmadıqda faydalarından yararlana bilərsiniz.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun