Şəkərli diabet xəstələri qidalanmada bir sıra səhvlərə yol verirlər.
Bu sözləri E-saglam.az-a açıqlamasında endokrinoloq Gülay Həsənqızı deyib.
O bildirib ki, diabet xəstələrinə meyvə şirəsi tövsiyə olunmur: "Həmçinin yeməkdən öncə mərci, lobya və s.kimi şorbalar tövsiyə olunmur".
Endokrinoloq qeyd edib ki, nə qədər turş meyvə olsa da heçbir meyvə şəkəri salmaz: "Şirin və turş meyvə, hər ikisi şəkəri eyni cür yüksəldir. Sadəcə meyvə az yetişdikdə şəkəri daha az yüksəldir. Çünki meyvə nə qədər çox yetişibsə, tərkibindəki şəkər bir o qədər yüksək olur".
Könül Oruc