Şəkəri hansı barmaqdan ölçmək lazımdır? - bu sual bir çox şəkər xəstələrini düşündürür. Çoxluq əsasən, 4-cü barmaqdan (nişan üzüyü taxılan barmaq) ölçməyə üstünlük verir. Bəs görəsən, əslində şəkər hansı barmaqdan ölçülməlidir?
Məsələ ilə bağlı E-saglam.az-a açıqlama verən endokrinoloq Sevda Qafarova deyir ki, şəkəri bütün barmaqlardan ölçmək olar. Burda hər hansı bir fərq yoxdur.
Onun sözlərinə görə, barmaqlarla yanaşı, qulaqdan da şəkəri ölçmək mümkündür. Həmçinin barmaq uclarının yan hissələrini istifadə etmək ağrısız və bol şəkildə qanın gəlməsinə kömək edir.
Könül Oruc