Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Səhiyyənin Təminatı Mərkəzinin tenderini ləğv edib.
E-saglam.az valyuta.az-a istinadən xəbər verir ki, tenderin ləğv olunması ilə bağlı qərarda müsabiqənin qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən keçirilməsi vurğulanıb.
Beləliklə, aydın olur ki, tender qanunvericiliyin tələblərinə uyğun keçirilməyib.
Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 209 353,18 manatdır.