Qidalanma
Səhiyyə Nazirliyi: “Dəniz kənarında qarpız və pendir yeyilməsi yaxşı olardı”
Qidalanma
219

Səhiyyə Nazirliyi: “Dəniz kənarında qarpız və pendir yeyilməsi yaxşı olardı”

“Dəniz kənarında qarpız və pendir yeyilməsi yaxşı olardı”.

E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev deyib.

“Günəş şüasının qəbulu üçün seçilən saat intervalları önəmlidir. Çimərliyə səhər saat 11.00-a qədər və 17.00-dan sonrakı vaxtlarda gedilməsi tövsiyə olunur”, - həkim bildirib.

O bildirib ki, çimərliyə gedərkən orada kalorisi çox olmayan yüngül qidalara üstünlük verilməlidir:

“Tərkibi dəyişməyən qidaların qəbulu yaxşı olardı. Enerji və ya sirin içkilərin qəbulu tövsiyə olunmur. Adi maye qəbulu məsləhətdir. Dəniz kənarında qarpız və pendir yeyilməsi yaxşı olardı”.

Həkim-terapevt vurğulayıb ki, günvurma günəş şüalarının birbaşa yaratdığı simptomların əlamətidir:

“İstivurma isə bədən temperaturunun daha yüksək olmasıdır. Günvurma daha çox yay aylarında müşahidə olunur. İstivurmaya isə mövsümün istənilən dövründə rast gəlmək olar. Qeyd olunan saatlarda açıq havada olmaqla günvurmadan qorunmaq mümkün ola bilər”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun