Xəbərlər
Şəhidimiz 31 ildən sonra Qaradağda dəfn olundu
Xəbərlər
775

Şəhidimiz 31 ildən sonra Qaradağda dəfn olundu - Fotolar

Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçümüz Məhəmmədov Abış Əsgər oğlunun cəsədinin qalıqları 31 ildən sonra Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə gətirilib.

E-saglam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyunun 4-də şəhidlə vida mərasimi keçirilib.

Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri, şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Qaradağ rayonu, Qızıldaş qəsəbəsində Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Məhəmmədov Abış Əsgər oğlu 1974-ci il martın 3-də anadan olub. O, 30 avqust 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb. Şəhidin meyitinin qalıqları bir müddət əvvəl Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb.

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb. Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Məhəmmədov Abış Əsgər oğlu məxsus olduğu təsdiqlənib.





E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun