Faydalı
Səhərlər bu içkini içmək ürəyi qoruyur,
Faydalı
357

Səhərlər bu içkini içmək ürəyi qoruyur, ömrü uzadır

Səhərlər içilən qəhvənin sağlamlığa əhəmiyyətli faydaları olduğu ortaya çıxıb.

E-saglam.az xəbər verir ki, tanınmış kardioloq Dr. Aurelio Rojasın sözlərinə görə, səhər saatlarında qəbul edilən qəhvə həm ürək sağlamlığını qoruyur, həm də uzunömürlülüyə töhfə verir.

Səhərlər qəhvə içmək infarkt riskini azalda və vaxtından əvvəl ölüm ehtimalını xeyli dərəcədə aşağı sala bilər.

Lakin bu faydanın yalnız səhər saatlarında qəhvə içənlər üçün keçərli olduğu vurğulanıb. Günorta saatlarından sonra qəbul edilən kofein isə bədənin təbii bioloji ritmini poza və stress səviyyəsini artıraraq hormon balansına mənfi təsir edə bilər.

Qəhvə tərkibində B2, B5 vitaminləri, kalium və maqnezium kimi həyati mineralları daşıyır. Bu maddələr:

Qan təzyiqinin tənzimlənməsində, qan şəkərinin balanslaşdırılmasında, ürək və damar sağlamlığının qorunmasında mühüm rol oynayır. Maqnezium çatışmazlığının infarkt və insult riskini artırdığı elmi olaraq sübuta yetirilib.

Eyni zamanda, qara və ya yaşıl çay içənlərin də yaşlılıqda daha yaxşı sağlamlıq vəziyyətində olduqları məlum olub.

Milli.az

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun