Xəbərlər
Şagird sinif yoldaşının cinsiyyət orqanını kəsib?
Xəbərlər
279

Şagird sinif yoldaşının cinsiyyət orqanını kəsib? - İcra nümayəndəsindən AÇIQLAMA

31 may axşam saat 22:00-da Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbin 10-cu sinif şagirdi eyni məktəbdə oxuyan həmyaşıdına aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstə bud nahiyəsinin və xayaların kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya daxil olub. Hazırda həyatı üçün hər hansısa bir təhlükə yoxdur

E-saglam.az xəbər verir ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Ləcət kənd nümayəndəsi Ələkbər Quliyev Teleqraf.com-a hadisə ilə bağlı məlumat verib.

O bildirib ki, şagirdlər arasında söyüş mübahisəyə səbəb olub:

"Ailələr insidentli ailə deyil. Məqsəd qorxutmaq olub. Valideynləri və məktəb rəhbərliyi ilə danışdıq. Tərbiyəsiz uşaqlar da deyillər. Orta səviyyədə oxuyan şagirdlərdir. Sadəcə söyüşü qüruruna sığışdırmayıb. Nəticədə bu hadisə baş verib. Dava beş-altı nəfərin arasında olub. Dava edənlər eyni sinfin şagirdləri deyillər.

Mətbuatda yazıldığı kimi cinsi orqanın kəsilməsi məlumatı doğru deyil. Elə şey olmayıb. Bu barədə həkim rəyi də var. Bir şagird o birisinə dırnaqtutana bənzər alətlə xəsarət yetirib. Məncə, bu məsələdə məktəb də günahkardır ki, şagirdlər üstlərində belə alət gəzdirirlər. Bildiyim qədəri ilə uşaq artıq evə buraxılıb, ciddi xəsarəti olmayıb".

Xaçmazda bıçaqlanan 11-ci sinif şagirdinin vəziyyəti orta stabildir.

Bu barədə Oxu.Az-a Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, xəstə bud nahiyəsinin və xayaların kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya daxil olub. Hazırda həyatı üçün hər hansısa bir təhlükə yoxdur.

Xatırladaq ki, hadisə rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdləri arasında baş verib. Aydın Səfərov (şərti) sinif yoldaşı D.R.-yə bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Oxu.Az-a bildirib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun