ABŞ-də aparılan yeni araşdırmaya görə, qadınlarda mümkün ürək xəstəlikləri qan analizi ilə erkən aşkarlana bilər.
E-saglam.az xəbər verir ki, Londonda keçirilən Avropa Kardiologiya Cəmiyyətinin toplantısında təqdim edilən araşdırmaya görə, erkən yaşda pis xolesterin dəyəri olan yüksək LDL-C olan qadınların 30 ildən sonra ürək xəstəliyinə tutulma ehtimalı 36 faiz daha çoxdur.
Yüksək hsCRP və lipoprotein(a) dəyərləri də ürək xəstəliyi riskini artırır.
Mütəxəssislər qeyd ediblər ki, bu üç dəyəri yüksək səviyyədə olan yetkinlərin ömrünü uzatmaq üçün erkən yaşda idmanla məşğul olması və siqareti tərgitməsi vacibdir.
Boston Qadın Xəstəxanasından Dr.Paul Ridker deyib ki, bu, həm xəstələr, həm də xolesterolu azaldan dərmanlar istehsal edən əczaçılıq şirkətləri üçün çox yaxşıdır.
Tərcümə: Könül Oruc