Xəstəliklər
Saçlar hansı səbəbdən - AĞARIR?
Xəstəliklər
123

Saçlar hansı səbəbdən - AĞARIR?

Bir çox insan saçın ağarmasını stres və qocalıqla əlaqələndirsə də, saçın ağarmasının bir çox səbəbi vardır.

E-saglam.az tibbi mənbələrə istinadla saçların ağarmasının səbəblərini təqdim edir.

Saçların ağarmasının səbəbləri nədir?

Yaşlanma: Yaşlanmada yaşanan dəyişikliklərdən biri də saçdır. Vaxt keçdikcə saç və saqqalda bozarma və ağarma müşahidə olunur. Bunun səbəbi saçın rənginə cavabdeh olan piqmentin melanin istehsalını azaltmasıdır. Melanin istehsalı və melanin miqdarındakı azalma da saçın ağarmasına səbəb olur.

Travmalar: Yaşanan travmalar və qəfil şok anlarında böyük kədər, depressiya və ya böyük təəccüb hissi saçların ağarmasına səbəb ola bilər. Ümumiyyətlə çox yaygın olmasa da, bir gecədə bütün saçların ağarması kimi hallar da ortaya çıxa bilir.

Genetik faktorlar: Genetik faktorlar saç tökülməsində və ya saç quruluşunda böyük rol oynadığı kimi, genetik faktorlar da saçların ağarmasında çox vacibdir. Saçların erkən yaşlarda ağaran şəxslərin övladlarında da bu halın görülməsi ehtimalı daha yüksəkdir.

Ətraf mühit faktorları: Şampunlar, saç kremləri, kondisionerlər və ya ətraf mühit faktotlarına məruz qalma kimi təsirlər saçların ağarmasına səbəb ola bilər. Saç kökləri ətraf mühit faktorlarından tez təsirlənə bilir.

Hipotireoz və hipofiz vəzi xəstəlikləri: Tiroid bezləri ürəyin döyünmə surətini, bədənin istiliyini və qanın təzyiqini idarə edən hormonlardır. Hipofiz bezləri tərəfindən idarə olunan tiroid bezlərinin az işləməsi zəiflik, saçın ağarması və ya saç tökülməsi kimi vəziyyətlərə səbəb ola bilər.

Werner sindromu: Werner sindromu, erkən yaşlarda saç ağarmasının səbəblərindən biridir. Werner sindromlu insanlar ümumiyyətlə yetkinlik yaşına çatana qədər normal inkişaf edirlər. Yetkinlik yaşında isə səs tellərində problem, cildin seyrəlməsi və ya sərtləşməsi, saçın ağarması və ya bozarması və anormal saç tökülməsi kimi problemlər ortaya çıxır.

Ağ saçın qopardılması onun yayılmasını sürətləndirir?

Ağ saçla əlaqəli ən çox yayılmış səhvlərdən biri də ağ saçların qopartdıqca, artmasıdır. Saç telini kökündən qopartmaq baş dərisinə xeyli zərər verə bilər. Ancaq bu vəziyyətin digər saç tellərini ağartacağı həqiqət deyil. Qırxılmış saç telləri digər saç köklərini təsir edə bilməz. Bu səbəbdən ağ saçların tökülməsi insanı narahat etməməlidir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun