Tibbi xəbərlər
Roma Papası əməliyyatdan sonra ilk dəfə dindarların qarşısına çıxıb
Tibbi xəbərlər
31

Roma Papası əməliyyatdan sonra ilk dəfə dindarların qarşısına çıxıb

Roma Papası Fransisk əməliyyatdan sonra ilk dəfə xəstəxananın eyvanında möminlərin qarşısına çıxıb.

E-saglam.az bildirir ki, APA-nın “RİA Novosti”-yə istinadən məlumatına görə, onun üzərində edilən bağırsaq əməliyyatından sonra, bazar günü günorta saatlarında Romadakı Cemelli klinikasının 11-ci mərtəbəsinin balkonunda möminlərin qarşısına çıxıb. Onun dindarlarla ənənəvi görüşü Müqəddəs Taxtın Vatikan Media TV şirkəti və İtaliyanın dövlət televiziyası Rai tərəfindən canlı yayımlanır.

Normalda Papa bu duanı bazar günü Vatikan Apostol Sarayının pəncərəsindən xütbə ilə oxuyur.

Bu gün isə Papa Fransisk bir qədər yorğun görünürdü, ancaq o, xəstəxana binasının qarşısına toplaşan möminləri məmnuniyyətlə salamlayıb: "Əziz qardaşlar və bacılar, xeyir günlər! Hamınıza təşəkkür edirəm. Həqiqətən sizin yaxınlığınızı və dualarınızın dəstəyini hiss etdim. Çox sağ olun!"

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun